BAKI, 7 iyun. TELEQRAF

2026-cı ildə ABŞ, Meksika və Kanadada təşkil olunacaq futbol üzrə dünya çempionatında rekord sayda - 48 komanda iştirak edəcək.

Teleqraf xəbər verir ki, artıq mundiala bir il qalmış 10 iştirakçı yığmanın adı müəyyənləşib.

Üç ev sahibi komanda avtomatik vəsiqə qazanıb.

Daha 7 ölkə isə öz zonalarında uğurlu nəticə əldə edərək DÇ-2026-da iştirakı təmin edib. Bunlar Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya və İordaniya seçmələridir.

Azərbaycan millisi Avropa zonası üzrə seçmə mərhələdə D qrupunda Fransa, İslandiya və Ukrayna ilə mübarizə aparacaq. Dünya çempionatı 2026-cı ildə 11 iyundan 19 iyuladək keçiriləcək.