BAKI, 7 iyun. TELEQRAF

Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə səfərdə Latviya yığması ilə qarşılaşacaq.

Teleqraf xəbər verir ki, Riqadakı “Skonto” stadionunda qonaq olacaq milli 2025-ci ildəki üçüncü oyununda qələbə qazanmaq niyyətindədir.

Portuqaliyalı baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında Azərbaycan millisi hələ buna nail ola bilməyib. Maraqlı məqam ondan ibarətdir ki, Emin Mahmudov millinin heyətində ilk qolunu 2018-ci ildə Latviyaya vurub.

Görüşü maltalı baş hakim Trustin Farrugia Kanna idarə edəcək.

Matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi Riqa səfərindən sonra daha bir yoldaşlıq görüşünü iyunun 10-da "Liv Bona Dea Arena"da Macarıstana qarşı keçirəcək.

7 iyun

Yoldaşlıq görüşü

17:00. Latviya - Azərbaycan

Baş hakim: Trustin Farrugia Kann (Malta)

Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)

Dördüncü hakim: Vitali Spasyonņikov (Latviya)

Riqa, "Skonto" stadionu.