BAKI, 3 iyun. TELEQRAF

Futzal üzrə Azərbaycan Kubokunun “Araz-Naxçıvan” - PFL arasında keçiriləcək final oyununa təyinatlar açıqlanıb.

Teleqraf xəhər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

2024/25 mövsümünün son oyunu hakimlər Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcova həvalə olunub.

İyunun 5-i ”Olimpik Star”da təşkil olunacaq final görüşü saat 14:00-da başlayacaq.

Azərbaycan Kuboku

Final

5 iyun

14:00. Araz-Naxçıvan – PFL

Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov

Hakim-inspektor: Füzuli Nəcəfov

“Olimpik Star”.