BAKI, 31 may. TELEQRAF

İngiltərənin “Mançester Yunayted” klubundan ayrılan Conni Evans peşəkar karyerasını bitirib.

Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

37 yaşlı müdafiəçi karyerası ərzində Belçikada “Royal Antverp”, İngiltərədə “Sanderlend”, “Vest Bromviç” və “Lester Siti”nin də şərəfini qoruyub. O, 2006 - 2024-cü illərdə Şimali İrlandiya yığmasında çıxış edib.

Qeyd edək ki, Conni Evans 3 dəfə İngiltərə Premyer Liqası, 2 dəfə İngiltərə Kuboku, 2 dəfə İngiltərə Liqa Kuboku, 4 dəfə İngiltərə Super Kuboku, 1 dəfə UEFA Çempionlar Liqası və 1 dəfə FIFA Klublar arası Dünya Çempionatının qalibi olub.