BAKI, 30 may. TELEQRAF
İngiltərə “Liverpul"u Almaniyanın “Bayer Leverkusen” klubundan futbolçu Ceremi Frimponqun transferini açıqlayıb.
Teleqraf Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi "qırmızılar"la uzunmüddətli müqavilə imzalayıb.
Qeyd edək ki, Ceremi Frimponq “Bayer Leverkusen”də ümumilikdə keçirdiyi 190 oyunda 30 qol və 44 məhsuldar ötürmə müəllifi olub.