BAKI, 27 may. TELEQRAF

Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə 4 oyun təşkil olunacaq.

A qrupunun lideri Azərbaycan millisi B qrupunun ikincisi, son mundialın qalibi Rumıniya ilə qarşılşacaq.

A qrupunun ikincisi Mavritaniya seçməsi B qrupunun lideri Fransa ilə üz-üzə gələcək.

Qeyd edək ki, 1/8 final mərhələsinə mayın 28-də yekun vurulacaq.

Dünya çempionatı

1/8 final

27 may

17:30. İngiltərə - Bolqarıstan
19:00. Portuqaliya - Macarıstan
20:30. Azərbaycan - Rumıniya
22:00. Fransa - Mavritaniya.