BAKI, 10 may. TELEQRAF
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIV turunda növbəti oyunlar keçiriləcək.
Teleqraf xəbər verir ki, ilk olaraq "ASCO Arena"da "Səbail" "Zirə"ni qəbul edəcək.
Baş hakim Tural Qurbanovun idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək.
“Dənizçilər” son 8 oyunda qələbə qazanmayıb. “Qartallar” son 4 matçda qalib gəlib.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 67 xalla ikinci, Elvin Məmmədovun komandası isə 22 xalla sonuncu pillədə qərarlaşıb.
Günün ikinci matçında "Turan Tovuz" "Neftçi"ni qonaq edəcək.
Tovuz şəhər stadionunda təşkil olunacaq görüşün baş hakimi Rəşad Əhmədov olacaq. Matç saat 19:30-da başlayacaq.
“Flaqman” son 7 oyunda məğlub olmayıb. Son 3 qarşılaşma heç-heçə başa çatıb.
Kurban Berdıyevin baş məşqçisi olduğu komanda 49 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv isə 37 xalla 6-cıdır.
Azərbaycan Premyer Liqası
XXXIV tur
10 may
17:00. “Səbail” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ömər Paşayev
ASCO Arena
19:30. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ramil Diniyev
Tovuz şəhər stadionu