BAKI, 2 may. TELEQRAF

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura start veriləcək.

Teleqraf xəbər verir ki, günün yeganə oyunu Zirə İdman Kompleksində baş tutacaq.

“Zirə” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. 20:00-da başlayacaq görüşü baş hakim Rəvan Həmzəzadə idarə edəcək.

“Turan Tovuz” son 2 oyunda qol vurmayıb. “Zirə”nin son 2 ev matçı heç-heçə nəticələnib.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 64 xalla 2-ci, Kurban Berdıyevin komandası isə 49 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçları mayın 3-4-də keçiriləcək.