BAKI, 30 aprel. TELEQRAF
UEFA Çempionlar Liqasında 1/2 final mərhələsinə start verilib.
Teleqraf xəbər verir ki, ilk oyun günündə İngiltərənin “Arsenal” klubu Fransa PSJ-sini qəbul edib.
Londondakı “Emireyts” stadionunda təşkil olunan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 4-cü dəqiqədə Usman Dembele vurub.
47-ci dəqiqədə Mikel Merino bərabərlik qolunu vursa da, sloveniyalı baş hakim Slavko Vinçiç ofsayd səbəbindən, topu qeydə almayıb.
Tərəflər arasında cavab oyunu mayın 7-də baş tutacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşü bu gün İspaniyada “Barselona” və İtaliya “İnter”i arasında keçiriləcək.