BAKI, 19 aprel. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun daha iki qarşılaşması baş tutacaq.
Teleqraf xəbər verir ki, ilk olaraq “Sabah” “Bank Respublika Arena”da “Səbail”i qəbul edəcək.
Saat 17:30-da start götürəcək görüşü baş hakim Fərid Hacıyev idarə edəcək.
“Sabah” 4 oyundur uduzmur. “Səbail” son iki qarşılaşmada qol vurmayıb.
Günün ikinci matçında isə derbi oynanılacaq. Saat 20:00-da başlayacaq oyunda “Qarabağ” “Neftçi”ni qonaq edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada ədaləti FIFA referisi Elçin Məsiyev qoruyacaq.
Komandalar arasında keçirilən son 8 oyunun hamısında “Qarabağ” qələbə qazanıb. 4 matçdır qol vurmayan “Neftçi” 15 görüşdür qalib gəlmir.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qələbə qazanacağı təqdirdə Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edəcək.
Ağdam təmsilçisi 73 xalla turnir cədvəlinə başçılıq edir. "Neftçi" 35 xalla 6-cı, "Sabah" 36 xalla beşinci, "Səbail" isə 20 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun açılış matçında “Araz-Naxçıvan” evdə “Turan Tovuz”la heç-heçə edib - 1:1.
Azərbaycan Premyer Liqası
XXXI tur
19 aprel
17:30. "Sabah" – "Səbail"
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
Bank Respublika Arena
20:00. "Qarabağ" – "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika stadionu