BAKI, 18 aprel. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

Teleqraf xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

“Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da "Turan Tovuz"u qəbul edəcək.

FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.

Son iki oyunun hərəsində 1 qol vurulub. “Araz-Naxçıvan”ın ev oyunlarında qol vuran komanda qələbə qazanıb.

Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv 52 xalla 3-cü, Kurban Berdıyevin komandası isə 47 xalla 4-cüdür.

Qeyd edək ki, turun digər oyunlarda "Sabah" "Səbail"i, "Qarabağ" "Neftçi"ni, "Şamaxı" "Kəpəz"i, "Zirə" isə "Sumqayıt"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

XXXI tur

18 aprel

19:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Azər Əsgərov

“Liv Bona Dea Arena”.