BAKI. 27 mart. TELEQRAF

AFFA Region Liqasının İCBFA (İsgəndər Cavadov Bakı Futbol Akademiyası) - "Xudat City Futbol Akademiyası" oyununda dava düşüb.

Teleqraf xəbər verir ki, qarşılaşmanın 80-ci dəqiqəsində futbolçular arasında münaqişə baş verib.

Davada İCBFA-nın futbolçularından Rüfət Cəbrayıllı, Fərhad Eyvazlı və Tural Səfərli, "Xudat City"dən isə Ranar Aşurbəyov və Telman Ağabalayev iştirak ediblər. Nəticədə onlar təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulublar.

AFFA İntizam Komitəsi davada iştirak edən oyunçuların hər birini 4 matçlıq cəzalandırıb.

Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilmiş görüş "Xudat City FA"nın qələbəsi ilə yekunlaşıb - 5:1.