BAKI, 23 mart. TELEQRAF

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin 3 qrupunun 6 oyunu keçirilib.

Teleqraf xəbər verir ki, azərbaycanlı baş məşqçi Əli Əliyevin rəhbərlik etdiyi Qazaxıstan milli komandası Uels seçməsinin qonağı olub. 45 yaşlı mütəxəssis debüt oyununda məğlub olub - 1:3.

Norveç yığması isə səfərdə Moldovanı darmadağın edib - 5:0.

Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunda İslandiya və Ukrayna seçmələri ilə mübarizə aparır. UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Xorvatiya - Fransa cütünün qalibi də bu qrupda yer alacaq.

DÇ-2026

Avropa zonası üzrə seçmə mərhələ

22 mart.
I qrupu

Lixtenşteyn - Şimali Makedoniya - 0:3

Uels - Qazaxıstan 3:1

J qrupu

Moldova - Norveç - 0:5

İsrail - Estoniya - 2:1

L qrupu

Monteneqro - Cəbəllütariq - 3:1

Çexiya - Farer Adaları - 2:1