
BAKI, 22 mart. TELEQRAF
Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçiriləcək.
Teleqraf xəbər verir ki, ikinci oyun günündə I, J və L qruplarının 6 matçı baş tutacaq.
J qrupunda mübarizə aparan Qazaxıstan seçməsi səfərdə Uelslə üz-üzə gələcək. Bu, qonaqların baş məşqçisi, əslən azərbaycanlı Əli Əliyev üçün debüt oyunu olacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunda İslandiya və Ukrayna seçmələri ilə mübarizə aparır. UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Xorvatiya - Fransa cütünün qalibi də bu qrupda yer alacaq.
DÇ-2026
Avropa zonası üzrə seçmə mərhələ
22 mart
I qrupu
18:00 Lixtenşteyn - Şimali Makedoniya
23:45 Uels - Qazaxıstan
J qrupu
21:00 Moldova - Norveç
23:45 İsrail - Estoniya
L qrupu
21:00 Monteneqro - Cəbəllütariq
23:45 Çexiya - Farer Adaları