BAKI, 22 mart. TELEQRAF

Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə start verilib.

Teleqraf xəbər verir ki, ilk oyun günündə G, H və K qruplarının 6 oyunu keçirilib.

K qrupunda mübarizə aparan İngiltərə yığması "Uembli" stadionunda Albaniya ilə qarşılaşıb. Baş məşqçi Tomas Tuxelin debüt oyununda komandası 2:0 hesablı qələbə qazanıb.

Polşa isə G qrupundaki rəqibi Litvanı evdə üstələyib - 1:0.

Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunda İslandiya və Ukrayna seçmələri ilə mübarizə aparır. UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Xorvatiya - Fransa cütünün qalibi də bu qrupda yer alacaq.

DÇ-2026

Avropa zonası üzrə seçmə mərhələ

21 mart

G qrupu

Polşa - Litva - 1:0

Malta - Finlandiya - 0:1

H qrupu

Kipr - San Marino - 2:0

Rumıniya - Bosniya və Herseqovina - 0:1

K qrupu

İngiltərə - Albaniya - 2:0

Andorra - Latviya - 0:1