
BAKI, 22 mart. TELEQRAF
"Qarabağ” klubunun futbolçusu Yassin Benzia Əlcəzair milli komandasının heyətində növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində Botsvana ilə görüşdə əsas heyətdə meydana daxil olub.
Qarşılaşma Əlcəzair yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Benzia 83-cü dəqiqədə Ahmed Kendusi ilə əvəzlənib.
Əlcəzair 12 xalla G qrupunun lideridir. Botsvana isə 6 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Əlcəzair martın 25-də Mozambiki qəbul edəcək.