
BAKI, 20 mart. TELEQRAF
Almaniyanın "Borussiya Dortmund" klubunun futbolçusu Feliks Nmeça yay transfer pəncərəsində İngiltərə "Mançester Yunayted"inə keçə bilər.
Teleqraf "Bild"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 24 yaşlı almaniyalı yarımmüdafiəçi üçün Bundesliqa təmsilçisinə 48 milyon avroluq rəsmi təklif göndərəcək.
"Borussiya Dortmund"un Nmeçanı komandanın əsas oyunçularından hesab etdiyi üçün onu satmaq fikrində olmadığı bildirilir.
Qeyd edək ki, "Borussiya Dortmund" Feliks Nmeçanı 2023-cü ilin yayında "Volfsburq"dan 30 milyon avro qarşılığında transfer edib. O, bu mövsüm ərzində meydana çıxdığı 27 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.