BAKI, 19 mart. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXXI turunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyununun başlama saatı müəyyənləşib.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Üç gün ərzində keçiriləcək XXXI turun açılış matçında "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək.

Qeyd edək ki, XXVIII turun oyunları 28-30 martda keçiriləcək.

Azərbaycan Premyer Liqası

XXXI tur

18 aprel (cümə)

19:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

“Liv Bona Dea Arena”

19 aprel (şənbə)

17:30. “Sabah” – “Səbail”

“Bank Respublika Arena”

20:00. “Qarabağ” – “Neftçi”

Tofiq Bəhramov adına Respublika stadionu

20 aprel (bazar)

16:30. “Şamaxı” – “Kəpəz”

Şamaxı şəhər stadionu

19:00. “Zirə” – “Sumqayıt”

Zirə İdman Kompleksinin stadionu