
BAKI, 19 mart. TELEQRAF
Almaniyanın "Verder Bremen" klubu keçmiş futbolçusu Mesut Özili rəsmi tədbirlərə çağırmaqda imtina edib.
Teleqraf "Bild" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Almaniya milli komandasının türk əsilli sabiq üzvünün sosial şəbəkə hesabında sinəsindəki üç ayparalı bayraq və boz qurd təsvir edilən döyməsini nümayiş etdirməsi olub.
Bundesliqa təmsilçisi Özili ultra-millətçilikdə ittiham edib. O, 2010-cu ildə İspaniya “Real Madrid”inə keçməzdən əvvəl “Verder”də birgə çıxış etdiyi Dieqo Ribasın şərəfinə təşkil olunan ziyafətdə qonaqlar siyahısından çıxarılıb. Klub sözçüsü bunu belə izah edib: "Biz Dieqo ilə razılaşdıq ki, Mesutun döyməsi klubun dəyərlərinə uyğun gəlmir və onu ziyafətə dəvət etmək olmaz".
Qeyd edək ki, Mesut Özil 2023-cü ildə karyerasını bitirdikdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın AK Partiyasına qoşulub. O, Almaniya milli komandası ilə 2014-cü il dünya çempionatının qalibi olub.