LAÇIN, 22 oktyabr. TELEQRAF

Beynəlxalq səyahətçilərin Qarabağa bu günlük səfəri başa çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qarabağa təşkil edilən səfər çərçivəsində bu gün səyahətçilər Ağdam, Xankəndi şəhərindən sonra Laçında olublar.

Laçınla tanışlıqdasn sonra bu günlük səfəri bitiriblər.

Sabah isə səyahətçilər Füzuli və Şuşa şəhərlərində olacaqlar.

Qeyd edək ki, səfər “International Congress” klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə həyata keçirilib.

***

17:15

Qarabağa təşkil edilən səfər çərçivəsində Beynəlxalq səyahətçilərin Laçına səfəri başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qonaqları Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov qarşılayıb.

Səyahətçilər ilk olaraq şəhərin mərkəzinə gəliblər. Daha sonra onlar "Gilabi" Yaradıcılıq Mərkəzində istehsal olunan saxsı qablar və əl işləri ilə tanış olublar, burada çalışan işçilərlə söhbət ediblər.

Səyahətçilər "Yurd Qaleriya" və "Serangah" kompleksində da olacaqlar.

***

13:47

XANKƏNDİ, 22 oktyabr. TELEQRAF

Beynəlxalq səyahətçilər Xankəndi şəhəri çərçivəsində Qarabağ Universitetində olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səyahətçilərə universitet haqqında məlumatlar verilib. Daha sonra səyahətçilər universitetin kitabxanasında, sinif otaqlarında olub oradakı şəraitlə yaxından tanış olublar.

***

13:18

Qarabağa səfər edən Beynəlxalq səyahətçilər Xankəndi şəhərinə səfər ediblər.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səyahətçilər ilk olaraq Xankəndi şəhərində Mərkəzi meydanda olublar.

Onlar daha sonra Xankəndi şəhərində Qarabağ Universitetinə baş çəkəcəklər.

***

11:40

Ağdama səfər edən Beynəlxalq səyahətçilər Çörək muzeyinə baş çəkiblər.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səyahətçilərə ermənilərin dağıtdığı Çörək muzeyi və yaşayış evləri haqqında məlumat verilib.

Həmçinin onlar torpaqların işğaldan azad olunmasından sonra görülən quruculuq işləri ilə bağlı məlumatlandırılıblar.

***

11:06

Beynəlxalq səyahətçilər Qarabağa səfər çərçivəsində Ağdama gəliblər.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) Beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunur.

Səyahətçilər ilk olaraq Ağdam şəhərində Cümə məscidinə baş çəkiblər. Məscidin imamı onlara bu tarixi memarlıq binası haqqında məlumat verib.

***

07:41

Bu gündən ETIC (“Extreme Traveler International Congress”) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı Beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır.

Teleqraf xəbər verir ki, 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (“Most Traveled People”) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi, ABŞ-dan olan Çarls Veley də təmsil olunur.

Heyət 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.

İşğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə 2021-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, eyni qəbildən olan sayca 15-ci səfərdir.

Qarabağ və Şərqi Zəngəzurda viran qalmış yerlərdə qısamüddətdə 6 şəhər, 2 qəsəbə, 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb. Azərbaycanın postmünaqişə bölgəsində unikal və bənzərsiz şəhərsalma təcrübəsi beynəlxalq səyahətçilərin bura davamlı axını ilə nəticələnir.