BAKI, 26 sentyabr. TELEQRAF
Formula 1 sürücüsü Lüis Hemilton “Ferrari”nin tərkibində təkər testlərini buraxacaq.
Teleqraf xəbər verir ki, buna səbəb 13 yaşlı sevimli iti Roskonun sağlamlıq problemlərinin olmasıdır.
“Dəhşətli bir neçə saat oldu. Xahiş edirəm, Roskoya sağlıq arzulayın”, - deyə, Hemilton sosial şəbəkələrdə itinin oksigen kamerasındakı fotosunu paylaşaraq yazıb.
Yeddiqat dünya çempionu 2026 mövsümünün “Pirelli” təkər testində İtaliya komandasının ehtiyat sürücüsü Çjou Quanyunla əvəzlənəcək. Hemilton əsas komanda yoldaşı Şarl Lekler isə testlərdə iştirak edəcək.
