Sabiq prezident Donald Trampın yenidən ABŞ-də hakimiyyətə gəlməsi bu ölkənin Ermənistan siyasətinə təsir edəcək.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
Onun sözlərinə görə, Amerikada istənilən seçki Vaşinqtonun xarici siyasətinə təsir göstərir:
“ABŞ seçkiləri qlobal əhəmiyyət kəsb edir. Onlar həm daxili, həm də nəticə etibarilə xarici siyasəti dəyişəcəklər.
Ermənistan məsələsinə gəlincə, bu, ABŞ üçün kiçik məsələdir, amma bu təsirləri hiss edəcəyik”.
Danielyan hesab edir ki, Ermənistanın müdafiəçisi qismində çıxış edən hazırkı Prezident Co Baydenin reytinqi aşağıdır, qalib gələcəyi ehtimalı mümkünsüz kimi görünür.