Ermənistanda polis əməkdaşlarının təxminən 40%-i ümumi bölmə test mərhələsindən keçə bilməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan”a ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

2023-cü ilin dekabr ayının sonuna olan məlumata görə, attestasiyada 1 123 polis əməkdaşı iştirak edib, onlardan yalnız 190-ı bütün mərhələlərdən keçib.

Ümumi biliklərin yoxlanılması mərhələsində 454 nəfər, bədən tərbiyəsi üzrə 192, atəş hazırlığı üzrə 279, peşə səriştəsi üzrə isə 8 nəfər imtahandan keçə bilməyib.

Məlumatda qeyd olunub ki, attestasiya fiziki və atəş hazırlığı, "IQ" testi, peşəkar səriştənin yoxlanılması və müsahibə olmaqla, 4 mərhələdən ibarətdir.