Ermənistanın Qərblə siyasi əlaqələrinin aktivləşməsi ilə bağlı İrandan heç bir şikayət daxil olmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.
“İran Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanılması və sərhədlərinin toxunulmazlığı ilə bağlı öz mövqelərini çox açıq şəkildə ifadə edir. Hesab edirəm ki, İrandakı tərəfdaşlarımızla çox yaxşı işləyirik”, - komitə sədri bildirib.