"Mən Fransadan Ermənistana silah tədarükünü sürətləndirməyi tələb edirəm".

Teleqraf.com xəbər verir ki, bunu Fransa Senatının sədri Jerar Larşe bildirib.

Larşe Ermənistan Milli Assambleyasının sədri ilə görüşdən sonra Twitter-də yazıb:
“Mən Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinin dərhal açılmasını və təhlükəsizliyini təmin etmək üçün Fransa tərəfindən Ermənistana müdafiə silahlarının tədarükünü sürətləndirməyi tələb edirəm”, deyə senat sədri deyib.

Ermənipərəst senat sədrinin bu açıqlaması Fransanın Cənubi Qafqazda sülh və sabitliyə xidmət etməyən siyasətindən xəbər verir. Görünür, Fransa siyasətçiləri Ermənistanı yeni müharibəyə həvəsləndirməklə, əslində onları daha da bataqlığa sürüklədiklərinin fərqində deyillər.