“Ermənistan ordusunu səriştəsiz adamlar idarə edir. Onlar ordumuzu dərəyə yuvarlayıblar".

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarqyan yerli mətbuata açıqlamasında deyib.

“Hakimiyyət 2023-cü ildə dolların 1994, 2004 və ya 2014-cü illərdəki kimi olmadığını unudaraq, böyük müdafiə xərcləri ilə (1,2 milyard ABŞ dolları) lovğalanır. Ümumiyyətlə, 2018-ci ildən sonra Ermənistan heç bir hərbi-texniki dəstək almayıb”, - sabiq dövlət başçısı bildirib.

Sabiq prezident hazırkı hakimiyyəti tənqid edib. Sarqsyan Paşinyanın komandasını yalan danışmaqda günahlandırıb.