“Ümumiyyətlə sağlam düşüncə və onun məntiqi var. Sovet İttifaqı dövründə mövcud olan sərhədlər olub və biz bu məntiqdən çıxış edirik”.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün keçirdiyi brifinqdə danışıb.
Təhlükəsizlik Şurasının katibi deyib ki, hələlik sərhədin demarkasiyası və delimitasiyası prosesindən keçməyiblər, amma 1920-ci illərin xəritəsi olan bu sərhəd haqqında təxmini təsəvvürləri var.
“Bu xəritə əsasında biz sərhədin demarkasiyası və delimitasiyası prosesindən keçmək üçün Ermənistan və Azərbaycan sərhədini təmsil edirik”, - Qriqoryan deyib.