Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın debat təklifindən imtina edib.

Teleqraf.com xəbər verir ki, bunu Ter-Petrosyanın mətbuat katibi bildirib.

Məlumata görə, Levon Ter-Petrosyan ölkəni milli fəlakətə gətirib çıxaran şəxslə danışacağı bir mövzu olmadığını bildirib.

Bundan əvvəl Paşinyan Ter-Petrosyana və ikinci prezident Robert Köçəryana parlament seçkilərindən iki gün əvvəl - 18 iyunda İctimai TV-nin efirində Qarabağ mövzusunda debatlar keçirməyi təklif etmişdi.

Robert Köçəryan isə hələlik bu təklifi cavablandırmayıb.