BAKI, 9 iyul. TELEQRAF

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.

Teleqraf xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6.41 dollar və ya 8.47% artaraq 82.07 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.