BAKI, 24 iyun. TELEQRAF

Ümumi gücü 1880 MVt olan buxar-qaz tipli “8 Noyabr” Elektrik Stansiyası istismara verildiyi tarixdən cari ilin iyun ayınadək 11 milyard 676,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin 24 iyun tarixində müstəqillik dövründə inşa edilmiş ən böyük #elektrikstansiyası olan “8 Noyabr” Elektrik Stansiyası istismara verilib. İtaliya ve Çin şirkətləri ilə əməkdaşlıq nəticəsində ərsəyə gələn elektrik stansiyasında 4 ədəd blok transformatoru quraşdırılıb. “Azərbaycan” İES-in 7 və 8 saylı blokları (2x300 MVt) modernizə edilərək yenidən qurulub.