BAKI, 18 iyun. TELEQRAF
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 11 milyon 60,7 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 20 milyard 935,2 milyon kubmetr təbii qaz hasil edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hasil edilən xam neftin 11 milyon 33,1 min tonu əmtəəlik neftin, təbii qazın 16 milyard 305,2 milyon kubmetri isə əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə ötən ilin müvafiq dövrünə nisbətən neft və əmtəəlik neft hasilatı 3.3% azalıb.
Cari ildə təbii qaz hasilatı 0.1%, əmtəəlik qaz hasilatı isə 0.7% artıb.