BAKI, 18 iyun. TELEQRAF
2026-cı ilin yanvar-may aylarında magistral qaz kəmərləri ilə 17574,3 milyon kub-metr qaz ötürülüb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çoxdur.
Qazın nəqlinin 54,1 faizi (9507,2 milyon kub-metr) Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.