BAKI, 11 iyun. TELEQRAF

2026-ci ilin mayında Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 458 min barel olub.

Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, aprel ilə müqayisədə hasilatın həcmində 2 min barel azalma olub.

Məlumata görə, 2026-cı ilin birinci rübündə gündəlik neft hasilatı orta hesabla 454 min barel təşkil edib. Belə ki, fevralda hasilat 454 min, martda 456 min, apreldə isə 460 min barel olub.

Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündəlik 551 min bareldir. Azərbaycan ötən ay OPEC+ çərçivəsində kvotadan 93 min barel geridə qalıb.