BAKI, 6 yanvar. TELEQRAF
2025-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından 16,2 milyon ton neft və 14,1 milyard kub metr qaz hasil edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hesabat ilində "Şahdəniz" yatağından isə 3,8 milyon ton neft və 27,9 milyard kub metr qaz hasil olunub.