BAKI, 22 iyul. TELEQRAF

Rusiyadan Çinə kömür ixracı ilin birinci yarısında 4,5 faiz azalaraq 43,6 milyon tona düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Çin gömrük rəsmiləri məlumat yayıb.

Məlumata əsasən, illik müqayisədə 17 faiz, may ayının statistikasına görə isə 3 faiz azalma deməkdir. Yanvar-mart aylarında bu göstərici artmışdı.

Qeyd edək ki, 2025-ci ilin ilk beş ayının nəticələrinə əsasən, Qiymət İndeksi Mərkəzi (PIC) Rusiyadan kömür ixracının əlverişsiz bazar şərtlərinə baxmayaraq, Çin istiqamətində də daxil olmaqla əhəmiyyətli dərəcədə artmağa başladığını bildirmişdi. Bu dinamikanın səbəbləri kimi İndoneziyadan tədarükün azalmasını göstərilib.