BAKI, 11 fevral. TELEQRAF

BOTAŞ və "Türkmənqaz" arasında türkmən qazının Türkiyəyə idxalına dair müqavilə imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

“Bu gün biz təbii qaz sahəsində əməkdaşlığımızın inkişafı üçün keçən ilin mart ayında Antalyada Prezident Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə imzaladığımız anlaşma memorandumunun konkret nəticəsini əldə etdik", - deyə, nazirin paylaşımında qeyd edilib.

Müqaviləyə əsasən, qaz axınının 2025-ci il martın 1-dən başlanması planlaşdırılır.

“Uzun illərdir üzərində çalışdığımız bu müqavilə ilə ölkəmizin və regionumuzun təbii qaz təhlükəsizliyini gücləndirəcək və iki ölkə arasında strateji əməkdaşlığı daha da inkişaf etdirəcək”,- deyə, Alparslan Bayraktar əlavə edib.