BAKI, 11 sentyabr. TELEQRAF

Yeni tədris ilində “Rəqəmsal məktəb” platformasının Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir və Naxçıvanda genişləndirilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.

O bildirib ki, nəticədə platforma 500-dən çox təhsil müəssisəsini, 600 minə yaxın şagirdi və bir milyondan çox valideyni əhatə edəcək.