BAKI, 15 aprel. TELEQRAF

2026–2027-ci tədris ili üçün magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı məlum olub.

Teleqraf-ın xəbərinə görə, ümumilikdə 23 078 nəfər qeydiyyatdan keçib. Onlardan 21 364 nəfəri Azərbaycan bölməsi, 1 714 nəfəri isə rus bölməsi üzrədir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci cəhdi 17 may tarixində keçiriləcək.