BAKI, 13 aprel. TELEQRAF
Azərbaycanda iki uşaq bağçasına müdir təyinatı olub.
Bu barədə Teleqraf-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, İbrahimova Zərqələm Kazım qızı - Göygöl rayonu Xəqani kənd körpələr evi - uşaq bağçasının müdiri vəzifəsinə, Hüseynova Vüsalə Həsən qızı - Gəncə şəhəri 19 nömrəli körpələr evi - uşaq bağçasının müdiri vəzifəsinə təyin edilib.

