BAKI, 30 may. TELEQRAF

Bu gün Qazax rayonu, Kosalar kənd İsmayıl Şıxlı adına tam orta ümumtəhsil məktəbində "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə" həsr edilmiş tədbir keçirilib.

Teleqraf xəbər verir ki, tədbir çərçivəsində Dövlət İmtahan Mərkəzinin keçirdiyi 9-cu siniflərin buraxılış imtahanında 200 baldan yüksək nəticə göstərən şagirdlərlə dəyirmi masa ətrafında görüş keçirilib.

Əldə etdikləri nailiyyətlərə görə şagirdlərə məktəb rəhbərliyinin və kollektivinin təbrikləri çatdırılıb, eyni zamanda 2 saat müddətinə məktəbin rəhbər vəzifələri onlara həvalə edilib. Şagirdlər həmin 2 saat müddətində məktəbin idarə edilməsində yaxından, həvəslə və məsuliyyətlə iştirak ediblər.