BAKI, 23 may. TELEQRAF
Buraxılış imtahanında 2 milyondan artıq yazı işlərinin yoxlanılmasında süni intellektdən istifadə edilib.
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfrasında deyib.
"Süni intellektə aid elementlər bizdə çoxdan istifadə edilir. Buraxılış imtahanlarında yazi işlərinin yoxlanılmasında süni intellekt vasitələrindən istifadə edilir. 2 milyon 700 min yazı işi yoxlanılıb, bunu süni intellektin köməyilə etmişik", - DİM sədri qeyd edib.