BAKI, 6 may. TELEQRAF
2025/2026-cı tədris ili üçün bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri açıqlanıb.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, abituriyentlərin qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balı aşağıdakı şərtləri ödədikləri halda, qabiliyyət imtahanlarına buraxılırlar. Qabiliyyət imtahanlarına qeydiyyat tarixləri yaxın vaxtlarda elan olunacaq.

Qeyd: Müsabiqə şərtləri və meyarlarla bağlı daha ətraflı məlumatı yaxın tarixlərdə çap olunacaq “Abituriyent” jurnalının İdman istiqaməti üzrə xüsusi buraxılışından əldə edə biləcəksiniz.