BAKI, 23 noyabr. TELEQRAF

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında ikinci pilləni tutub.

Teleqraf xəbər verir ki, millimiz həlledici görüşdə Rusiya şahmatçılarına uduzub - 1:3, 1,5 - 2,5.

Bu, Azərbaycan yığmasının dünya çempionatında ilk vitse-çempionluğudur.

Qeyd edək ki, Azərbaycanı turnirdə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva təmsil edib. Millinin kapitanı isə İlahə Qədimova olub.