BAKI, 28 avqust. TELEQRAF

FIBA Avropa Kubokunda çıxış edəcək "Neftçi" basketbol komandası heyətini daha bir legionerlə gücləndirib.

Klubdan Teleqraf-a verilən məlumata görə, amerikalı basketbolçu Kvindarios Braun ilə bir illik müqavilə imzalanıb.

30 yaşlı idmançı sonuncu mövsümü Litvanın "Yuventus Utena" klubunda keçirib.