BAKI, 25 avqust. TELEQRAF

"Neftçi" basketbol komandası daha bir legionerin transferini rəsmiləşdirib.

Klubdan Teleqraf-a verilən məlumata görə, xorvatiyalı basketbolçu Toni Perkoviç növbəti mövsümdə "ağ-qaralar"ın şərəfini qoruyacaq.

27 yaşlı, 1.91 m boya malik müdafiəçi 2016–2019-ci illərdə Xorvatiyanın tanınmış "Cedevita" klubunda çıxış edib. O, həmçinin karyerası ərzində "Split" və "Orleans" klublarının uğurları üçün çalışıb. Son mövsümünü isə İtaliyanın "Forli" klubunda keçirib.

Qeyd edək ki, Toni Perkoviç Xorvatiya millisinin heyətində də çıxış edib.