İstedadlı şair-publisist Şahnaz Şahinin üç kitabının təqdimatı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, tədbir dekabrın 17-də saat 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda olacaq.

"Xocalının sərvəri", "Zəfər nəğmələri" və "Sabirabad şəhidləri" kitabları Qarabağ mövzusuna həsr olunub.

Hər bir kəs dəvətlidir.