BAKI, 6 oktyabr. TELEQRAF

Aİ səfirləri 7 oktyabrda Rusiyaya qarşı 22-ci sanksiya paketi ilə bağlı yenidən razılığa gəlməyə çalışacaqlar.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, yeni paketə qara siyahıya salınacaq 1570 hüquqi və fiziki şəxs daxil olacaq. Bu paket Rusiyaya qarşı sanksiyalar siyahısını təxminən 50% artıracaq, lakin digər əhəmiyyətli iqtisadi tədbirləri əhatə etməyəcək.

Avropa Birliyi tərəfindən qara siyahıya salınmaq, Avropa Birliyinə girişin qadağan edilməsini və blok daxilində aktivlərin dondurulmasını nəzərdə tutur.