BAKI, 6 oktyabr. TELEQRAF
ABŞ Maliyyə Nazirliyi Belarusun 2023-cü ildə vəfat etmiş sabiq nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenkonu sanksiya siyahısından çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Aleksey Avramenko ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına 2021-ci ilin avqustunda daxil edilmişdi.