BAKI, 6 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp “The New York Times” (NYT) qəzetinin yaxın gələcəkdə fəaliyyətini dayandırmaq məcburiyyətində qalacağını iddia edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb. ABŞ Prezidenti qəzetin əməkdaşlarını tənqid edərək onları yazılarında faktları yoxlamamaqda ittiham edib.
Tramp həmçinin NYT-ni dekabrın 14-15-də G20 sammitinin keçiriləcəyi Mayami yaxınlığındakı “Trump National Doral” kompleksinin fotosunu qəsdən pis görüntüdə təqdim etməkdə ittiham edib. Bu iddianın müstəqil təsdiqi təqdim edilməyib.
“Yaxın gələcəkdə “The Times” qapılarını bağlamaq məcburiyyətində qalacaq və bu, Amerika üçün möhtəşəm gün olacaq”, - Tramp bildirib.
ABŞ Prezidenti nəşrin auditoriya göstəricilərinin etimadın azalması səbəbindən aşağı düşdüyünü də iddia edib.