BAKI, 6 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Şimal dənizində neft hasilatını artırmayacağı təqdirdə müflis ölkəyə çevriləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Mənim yeni baş naziriniz Endi Börnemlə çox yaxşı münasibətlərim var. O, çox liberaldır, amma eşitmişəm ki, Şimal dənizində neft hasilatına başlamağı planlaşdırır. Əgər bunu Aberdində etsə, çox zəngin ölkəniz olacaq, etməsə, müflis ölkəyə çevriləcəksiniz”, – Tramp deyib.

ABŞ Prezidenti daha əvvəl iri neft şirkətlərinin nümayəndələrinin ondan Londona Şimal dənizindəki yataqlardan karbohidrogen hasilatını artırmaq üçün təsir göstərməsini xahiş etdiklərini bildirmişdi.

Tramp Britaniya hakimiyyətinin enerji siyasətini və regionda neft-qaz hasilatının genişləndirilməməsini dəfələrlə tənqid edib.